ABŞ bu ölkəyə "F-35" qırıcıları göndərdi

ABŞ-yə məxsus beş ədəd "F-35" qırıcısı narkotrafiklə mübarizə üçün Puerto-Riko ərazisinə enib.

ABŞ bu ölkəyə
ABŞ-yə məxsus beş ədəd "F-35" qırıcısı narkotrafiklə mübarizə üçün Puerto-Riko ərazisinə enib.

meqale.com bildirir ki, qırıcılar adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki keçmiş hərbi dəniz bazası olan Ruzvelt Roudsa eniblər.

Həmçinin bu bölgədə Amerika helikopterləri və "Osprey" konvertoplanları da görülüb.

Sentyabrın əvvəlində agentlik ABŞ-nin Karib dənizinin cənubundakı narkotik kartellərinə qarşı mübarizə üçün 10 belə təyyarə göndərməyi planlaşdırdığını bildirmişdi.