ABŞ Ukraynaya tanklarını göndərəcək

ABŞ-ın "M1A1 Abrams" tanklarının Ukraynaya çatdırılmasına sentyabrda başlanmalıdır.

ABŞ Ukraynaya tanklarını göndərəcək
ABŞ-ın "M1A1 Abrams" tanklarının Ukraynaya çatdırılmasına sentyabrda başlanmalıdır.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico" qəzeti məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ avqustda Almaniyaya bir neçə "köhnə model" M1A1 Abrams tankını verməyi planlaşdırır, burada texnika modernləşdiriləcək.

Proses başa çatan kimi birinci partiya - təxminən 6-8 tank Ukraynaya göndəriləcək.