ABŞ-da 7,4 bal gücündə zəlzələ oldu

ABŞ-ın Alyaska ştatında 7,4 bal gücündə zəlzələ baş verib.

ABŞ-da 7,4 bal gücündə zəlzələ oldu
ABŞ-ın Alyaska ştatında 7,4 bal gücündə zəlzələ baş verib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Sand-Point şəhərindən 97 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.