ABŞ-də 700-dən çox tələbə saxlanıldı

ABŞ-də Fələstin tərəfdarı etirazlar zamanı 700-dən çox tələbə saxlanılıb.

ABŞ-də 700-dən çox tələbə saxlanıldı
ABŞ-də Fələstin tərəfdarı etirazlar zamanı 700-dən çox tələbə saxlanılıb.

meqale.com unikal.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb. 

"Amerikanın ən böyük şəhərləri də daxil olmaqla, bir sıra kampuslara polis müdaxiləsi 700-dən çox həbsə səbəb oldu", -KİV-lərdən biri yazıb. 

Xatırladaq ki, Amerikanın nüfuzlu universitetlərinin kampuslarında Fələstinə dəstək və İsrail ordusunun Qəzza zolağında əməliyyatına qarşı tələbə etirazları keçirilir, burada mülki əhalinin sayı artıq 32 min nəfəri keçib. 

Polislər isə tələbələrin mitinqlərini dağıtmağa çalışır.