ABŞ-də məşhur agentliyin sabiq əməkdaşı ailəsi ilə birlikdə ölü tapıldı
"Bloomberg" informasiya agentliyinin keçmiş əməkdaşı Riçard Samarel həyat yoldaşı və ailəsi ilə birlikdə Cənubi Karolina ştatındakı malikanələrində ölü tapılıb.
meqale.com xəbər verir ki, polis qonşuların zəngindən sonra martın 29-da səhər saatlarında Riçardın, arvadı Linanın və doqquz yaşlı qızı Samantanın cəsədlərini aşkar edib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını açıqlamır və ailənin ölüm səbəbinin bədbəxt hadisə, yoxsa qətl olduğunu bildirmir.
"New York Post"un məlumatına görə, ailənin daha bir qızı və oğlu hadisə baş verən zaman məktəbdə olublar.