ABŞ-dən Maduroya təklif: "Hakimiyyətdən əl çək"
ABŞ gizli danışıqlar zamanı Venesuela Prezidenti Nikolas Maduroya hakimiyyətdən getməsi müqabilində amnistiya təklif edib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ Ədliyyə Departamentinin 2020-ci ildə Maduroya və digər Venesuela hökumət rəsmilərinə qarşı irəli sürdüyü narkoterrorizmdə iştirak ittihamlarının geri götürülməsindən gedir.