ABŞ-dən Ukraynaya qadağa

Ukraynaya Rusiyanın əsas aerodromlarına Amerika silahları ilə hücum etmək qadağan edilib.

ABŞ-dən Ukraynaya qadağa
Ukraynaya Rusiyanın əsas aerodromlarına Amerika silahları ilə hücum etmək qadağan edilib.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The Washington Post" məlumat yayıb.

Belə ki, Ukrayna rəsmiləri nəşrə bildiriblər ki, ABŞ sərhəddən 100 km-dən çox məsafədə silahlarının istifadəsini məhdudlaşdırıb. Qəzetin yazdığına görə, Amerika silahlarının hücumuna məruz qalmayan əsas aerodromlar Rusiyaya ciddi üstünlük verir.

Pentaqonun sözçüsü mayor Çarli Dits bildirib ki, Kiyev Rusiya qoşunlarının Ukrayna ərazisini ələ keçirməyə çalışdığı yerlərin qorunması üçün istifadə edə bilər:

"Söhbət coğrafiyadan və ya konkret radiusdan getmir, lakin Rusiya öz ərazisindən Ukraynaya hücum edərsə və ya hücuma hazırlaşırsa, o zaman Ukraynanın sərhəddən ona hücum edən qüvvələrə cavab zərbələri endirmək imkanı var. Kiyevə həmçinin, Ukrayna hava məkanını bombalamaq niyyətində olduqları təqdirdə Rusiya təyyarələrinə zərbələr endirmək üçün Vaşinqton tərəfindən təchiz edilmiş hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə icazə verilir".