Məşhur rus komandir Ukraynada öldürüldü – FOTO
Leninqrad alayının komandiri polkovnik Yevgeni Vaşunin Ukraynada öldürülüb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə RT kanalı məlumat yayıb.
"İyulun 14-də o, ukraynalı hərbçilər tərəfindən mühasirəyə alınan "Storm" dəstəsinə kömək etmək üçün dəstək qrupu ilə hərəkət edib, lakin ölümcül yaralanıb.
Cəsarətinə və qəhrəmanlığına görə Vaşunin ölümündən sonra Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb", - məlumatda bildirilib.