“ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır”
"ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ administrasiyası Ukraynadakı münaqişənin həlli çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınmasına imkan verir.
Bundan əlavə, Birləşmiş Ştatlar bununla bağlı BMT-yə də müraciət edə bilər.
Qeyd edək ki, Krım 2014-cü ildə keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil olub və Rusiya Prezidenti Vladimir Putin onun ərazi mənsubiyyəti məsələsinin bağlandığını bildirib. Putin çıxışı zamanı bildirib ki, "respublikanın və Sevastopolun sakinləri əbədi olaraq Rusiya ilə birlikdə olmaq üçün qəti, birmənalı seçim ediblər".