Türkiyəli müğənni səhnədə yaralandı - FOTO
Türkiyəli məşhur müğənni Işın Karaca səhnədə yıxılaraq ayağından zədə alıb.
meqale.com xəbər verir ki, Antalya konserti öncəsi baş verən hadisədən sonra sənətçi xəstəxanaya yerləşdirilib və ayaq biləyində gərginlik diaqnozu qoyulub.
O, sosial şəbəkədə xəstəxana otağından "Gecənin sonu, görənlər üçün..." qeydi ilə paylaşım edərək vəziyyətindən xəbər verib.
Hazırda sənətçinin vəziyyətinin stabil olduğu bildirilir.