ABŞ-nin Suriyadakı hərbi bazası hücuma məruz qalıb
Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində ABŞ hərbi bazası dronla hücuma uğrayıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
"Rumeylandakı Amerika hərbi bazasına dron hücum edib", - telekanal bildirib.
Qeyd edək ki, ümumilikdə ABŞ-nin Suriyadakı 24 hərbi bazası və dörd məntəqəsi var.