ABŞ Rusiya vətəndaşını azad etdi

ABŞ-da çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik azadlığa buraxılıb.

ABŞ Rusiya vətəndaşını azad etdi
ABŞ-da çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik azadlığa buraxılıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə TASS-a onun fransalı vəkili Frederik Belot məlumat verib.

"Aleksandra qarşı iş bağlanıb. Məndə olan məlumata görə, o, artıq azadlıqdadır", - vəkil deyib.

Vəkil bildirib ki, o, yaxın vaxtlarda Rusiyaya göndəriləcək.

Bundan əlavə, Ağ Ev ABŞ-ın Rusiya ilə cari məhbus mübadiləsi çərçivəsində Vinniki azad edəcəyini təsdiqləyib.