ABŞ səfiriliyi Şuşada baş verən mina partlayışı barədə paylaşım etdi
ABŞ-nin Azərbaycandakı səfiriliyi bu gün Şuşada baş verən mina partlayışı barədə paylaşım edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə səfiriliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - paylaşımda qeyd olunub.