ABŞ Senatı Con Felanı Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsinə təsdiqləyib

Senat Con Felanı ABŞ Hərbi Dəniz Qüvvələrinin növbəti naziri kimi təsdiqləyib.

ABŞ Senatı Con Felanı Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsinə təsdiqləyib

Meqale.com xəbərinə görə, iclası C-SPAN telekanalı yayımlayıb.

Felanı 62 senator dəstəkləyib, 30 senator isə əleyhinə çıxıb. Onun yaxın vaxtlarda and içəcəyi gözlənilir.

2024-cü ilin noyabrında Donald Tramp biznesmen Felanı ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsinə namizəd kimi irəli sürüb. Tramp qeyd edib ki, Felan biznesdə böyük uğurlar qazanıb və Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin işlərini hər şeydən üstün tutacaq.

Felan bir sıra investisiya şirkətlərinin təsisçisi və ya həmtəsisçisidir. Bunlara “Rugger Management” və “MSD Capital” daxildir.

Hərbi Dəniz Qüvvələrinin naziri, digər məsələlərlə yanaşı, Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təchizatına və mövcud maliyyə resurslarına cavabdehdir. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Ordu nazirləri Prezident kabinetinin üzvü deyillər.

ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin əvvəlki naziri Karlos del Toro idi.