Tramp: Ər-Riyadda ABŞ-nin Ukrayna AES-i üzərində nəzarəti müzakirə olunub

Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı - red) məsləhətləşmələr zamanı Ukraynanın atom elektrik stanisyasının (AES) ABŞ-nin nəzarətinə keçməsi məsələsi müzakirə olunur.

Tramp: Ər-Riyadda ABŞ-nin Ukrayna AES-i üzərində nəzarəti müzakirə olunub

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz elektrik stansiyalarına sahib olmaqdan danışırıq. Bəziləri deyir ki, ABŞ elektrik stansiyalarına sahib olmalıdır, lakin onlar, xüsusən böyük atom elektrik stansiyasına sahib olmağı müzakirə edirlər", - o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə deyib.