ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi?
Ana səhifə Siyasət 12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəlkə də ABŞ tarixində nadir andiçmə mərasimlərindən birini izlədik. Donald Tramp Amerikanın siyasi ənənələrini dağıtmaqda davam edir.
meqale.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampı ötən gün baş tutan andiçmə mərasimi haqda qeyd edib.
O bildirib ki, Tramp andiçmə mərasimində arxasında oturan artıq keçmiş prezident Co Baydenin adını çəkmədən onun qərarlarını yıxıb-sürüdü:
"Çoxlarını düşündürən sual budur: Tramp verdiyi çoxsaylı vədlərin nə qədərini yerinə yetirə biləcək? Misal üçün Ağ Evin yeni sahibi Panama dövlətini ərazisindəki kanalı ABŞ-a verməsini necə təmin edəcək? Panamaya təzyiq edəcək, yoxsa bu alınmadıqda ordunu ora göndərəcək? Və ya andiçmə mərasimində Meksika körfəzini Amerika körfəzi adlandıracağını xatırlatdı. Bunun Amerika üçün əhəmiyyəti nə qədərdir?