ABŞ "TikTok" sazişi üçün Çinə güzəştə getməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətinə məxsus olan "TikTok" sosial şəbəkəsinin satışı ilə bağlı sazişin bağlanması üçün Pekinə qarşı rüsumları yumşaltmaq imkanını istisna etməyib.

ABŞ
ABŞ Prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətinə məxsus olan "TikTok" sosial şəbəkəsinin satışı ilə bağlı sazişin bağlanması üçün Pekinə qarşı rüsumları yumşaltmaq imkanını istisna etməyib.

meqale.com bu barədə "Reuters"ə istinadla xəbər verir.

"Bəlkə də mən bunu (Çinin sazişi təsdiqləməsi) baş verməsi üçün tarifləri bir az azaldaram və ya buna bənzəyən başqa bir addımlar ata bilərəm", - deyə Tramp bildirib.

O, "TikTok"u almağın bir çox yolunun olduğunu və ən yaxşı yolun tapılacağına əmin olduğunu vurğulayıb.

Ağ Ev rəhbəri həmçinin ölkə ərazisində sosial şəbəkənin bloklanmasının təxirə salınmasını uzada biləcəyini də qeyd edib.