ABŞ Ukraynaya 225 milyon dollar dəyərində yardım göndərə bilər

ABŞ hakimiyyəti Ukraynaya təxminən 225 milyon dollar məbləğində əlavə hərbi yardım göndərə bilər.

ABŞ Ukraynaya 225 milyon dollar dəyərində yardım göndərə bilər
ABŞ hakimiyyəti Ukraynaya təxminən 225 milyon dollar məbləğində əlavə hərbi yardım göndərə bilər.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Yeni paketə HIMARS sistemləri üçün sursatlar, "Hawk" hava hücumundan müdafiə raketləri, "Stinger" yer-hava raket kompleksləri, "Javelin" tank əleyhinə raket sistemləri, zirehli maşınlar, qoşqular və patrul katerləri daxil ola bilər.