Abşeron Mərkəzi Xəstəxanasında sistem yenə çökdü, insanlar növbədə qalıb - FOTO
Abşeron Rayon Mərkəzi Xəstəxanasında online növbə sistemi çöküb və insanlar növbələrdə qalıblar.
Bu barədə meqale.com-a xəstəxanaya müraciət edən vətəndaşlar məlumat veriblər.
"Sistem çöküb və onlarla insan növbədə qalıb. Onsuz da növbədə adam çox idi, sistemin işləməməsi də əlavə problem yaradıb. Saatlarla gözləyirik, keçən həftə də bu baş vermişdir"
Xatırladaq ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının elektron növbə sistemi ötən həftə də problem yaranmışdır. Xəstəxanada münətəzəm olaraq ciddi növbə sıxlığı olur.