Surət Hüseynov harada dəfn olunacaq? - YENİLƏNİB - FOTO

Bu gün Türkiyədə dünyasını dəyişən Surət Hüseynov Gəncə şəhərində dəfn olunacaq.

Surət Hüseynov harada dəfn olunacaq? - YENİLƏNİB - FOTO
Bu gün Türkiyədə dünyasını dəyişən Surət Hüseynov Gəncə şəhərində dəfn olunacaq.

meqale.com xəbər verir ki, bu barədə "Report"a onun yaxınları bildirib.

Xatırladaq ki, S.Hüseynov uzun sürən xəstəlikdən sonra İstanbulda vəfat edib.

-------

20:20

Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə APA-ya yaxınları bildirib.

Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.

Xatırladaq ki, bu gün 64 yaşlı Surət Hüseynovun ölüm xəbəri yayılıb.

Onun İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti pisləşib.

O, 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdu.

--------

18:02

Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb. Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.

Xəstəxanada olan yaxınlarının APA-nın əməkdaşına verdiyi xəbərə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.

O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.

Surət Huseynovun səhhəti stabildir, anju olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.  

--------

15:44

"Hələ dəqiq bilinmir, nə baş verib".

Bu sözləri qaynarinfoya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.

Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir:

"Onun reanimasiyada olduğu bildirilir. Hələ ki oraya gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər, komaya düşüb".

Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.

"Vallah, bilinmir, qəfil olub, deyəsən. Bir oraya gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik", - Surət Hüseynovun kürəkəni söyləyib.

-------

14:25

Sürət Hüseynov komaya düşüb.

Bu barədə qaynarinfoya sabiq baş nazirin yaxınları məlumat veriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

--------

13:56

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Bu barədə gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildiriblər.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.