Abşeronda şirniyyat sexində bədbəxt hadisə - Kişinin əli amputasiya olundu
Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib.
meqale.com xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində işləyən qəsəbə sakini - 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli dəzgahda qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Araşdırmalar aparılır.