“Həmin siyahıya İranı da əlavə edə bilərlər”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, respublikaçılar Rusiya ilə iş görən istənilən ölkəyə sanksiya tətbiq edəcək qanun layihəsi hazırlayırlar.

“Həmin siyahıya İranı da əlavə edə bilərlər”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, respublikaçılar Rusiya ilə iş görən istənilən ölkəyə sanksiya tətbiq edəcək qanun layihəsi hazırlayırlar.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə o,  hava limanında Vaşinqtona yollanarkən təyyarəsinə minməzdən əvvəl media nümayəndələri ilə danışıb.

Tramp əlavə edib ki, bu siyahıya İranın da daxil edilə biləcəyi mümkündür.

"Bildiyiniz kimi, mən bunu təklif etmişəm, ona görə də Rusiya ilə iş görən hər bir ölkə çox ciddi sanksiyalara məruz qalacaq", - Tramp jurnalistlərə deyib.