Afətlə Vasifi şantaj edən Maqsud Mahmudovdan xəbər var

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Afətlə Vasifi şantaj edən Maqsud Mahmudovdan xəbər var
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

meqale.com xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 21-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun şikayəti təmin edilməyib. Ali Məhkəmə də şikayətin təmin edilməməsi barədə qərar çıxarıb.