AFFA bu futbolçunu cəzalandırdı

AFFA U-16 Liqasında keçirilən "Arpaçay" (Şərur) - "Araz-Naxçıvan" matçında komanda yoldaşını təhqir edən futbolçunu 3 oyunluq cəzalandırıb.

AFFA bu futbolçunu cəzalandırdı
AFFA U-16 Liqasında keçirilən "Arpaçay" (Şərur) - "Araz-Naxçıvan" matçında komanda yoldaşını təhqir edən futbolçunu 3 oyunluq cəzalandırıb.

meqale.com xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar qəbul edib.

Qarşılaşmanın 85-ci dəqiqəsində Şərur təmsilçisinin üzvü Əli İsmayılovun komanda yoldaşına qarşı qeyri-etik ifadələr işlətməsi 3 matçlıq diskvalifikasiyaya səbəb olub.