Afflekin bu davranışları Cenniferi özündən çıxarır
Müğənni Cennifer Lopez aktyor Ben Afflekin boşandıqdan sonra davranışlarına görə əsəbiləşib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "In Touch Weekly" nəşri məlumat yayıb.
Ulduzlara yaxın bir insayder bildirib ki, Ben Afflek Lopezdən ayrıldıqdan sonra görünüşünə daha çox diqqət yetirməyə başlayıb. Mənbənin sözlərinə görə, aktyor saçlarını rəngləyir, manikür və pedikürə gedir, qidalanmasına diqqət edir.
İnsayder iddia edir ki, bu davranış Cennifer Lopezi çox qıcıqlandırır, çünki aktyorla evliliyi zamanı ondan prosedurlara getməsini xahiş edib, lakin o, imtina edib.