Afrika ölkələrinin borcu inanılmaz məbləğə çatdı

Afrika dövlətlərinin ümumi suveren borcu bir trilyon dollara çatıb.

Afrika ölkələrinin borcu inanılmaz məbləğə çatdı
Afrika dövlətlərinin ümumi suveren borcu bir trilyon dollara çatıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) icraçı katibi Klaver Qatete bildirib.

O əlavə edib ki, iqlim dəyişikliyi Afrikaya böyük təsir göstərir və bu, qitənin ÜDM-nin 5%-i qədər illik məcmu itkilərə səbəb olur.

BMT-nin məlumatına görə, Zimbabve, Qana və Efiopiya hazırda ən çətin maliyyə vəziyyətində olan ölkələr arasındadır.

Dövlət borcunun artması təkcə Afrika ilə məhdudlaşmır. IFF Qlobal Borc Monitorinqinin hesablamalarına görə, 2024-cü ilin birinci rübündə dünya ölkələrinin ümumi borcu 91.4 trilyon dollar təşkil edib.