Ağ Ev: “Rusiya, Çin və Şimali Koreya əməkdaşlığı gücləndirir”

"Mövcud dünya nizamı ilə razılaşmayan Rusiya, Çin və Şimali Koreya öz aralarında əməkdaşlığı gücləndirir".

Ağ Ev: “Rusiya, Çin və Şimali Koreya əməkdaşlığı gücləndirir”
"Mövcud dünya nizamı ilə razılaşmayan Rusiya, Çin və Şimali Koreya öz aralarında əməkdaşlığı gücləndirir".

meqale.com report.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

"Biz Rusiya və Çinin, müəyyən dərəcədə Şimali Koreyanın bir-biri ilə əlaqələrini artırmaq və yaxşılaşdırmaq istəyinin artdığını görürük ", - Kirbi bildirib.

Kirbi hesab edir ki, dünya qaydalara uyğun qurulmalıdır, lakin onları pozmaq istəyən ölkələr var.