Ağdamda 16 yaşlı qıza cinsi zorakılıqda şübhəli bilinən 4 nəfər həbs edildi - YENİLƏNİB
19:50
Ağdam rayonunda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın yerli müxbiri xəbər verir ki, sözügedən əməli törətməkdə şübhəli bilinən şəxslər barədə Ağdam rayon məhkəməsində qərar verilib.
-------------- 2025.09.10 Ağdamda 16 yaşlı məktəbli qız bir qrup şəxs tərəfindən zorlandığı iddia olunur.
meqale.com-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib. Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailəsi isə hüquq mühafizə orqanlarına müraciət edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan meqale.com-a bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.