Ağdamda kənd sakini minaya düşdü - YENİLƏNİB

Ağdamda minaya düşdükdən sonra yanan traktor olan ərazi nəzarətə götürülüb.

Ağdamda kənd sakini minaya düşdü - YENİLƏNİB
Ağdamda minaya düşdükdən sonra yanan traktor olan ərazi nəzarətə götürülüb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə giriş-çıxışı nəzarətə alıb.

Hazırda ANAMA-nın əməkdaşları hadisə yerinə baxış keçirir.

------------ Ağdam sakini minaya düşüb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kənd ərazisində baş verib.

Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə soğan səpərkən minaya düşüb. Hazırda yaralının xəstəxanaya çatdırılması prosesi aparılır.