Qusarda 32 yaşlı qadın öldürüldü - Keçmiş əri tutuldu
Qusar rayonunda qətl törədilib.
meqale.com xəbər verir ki, hadisə dekabrın 16-sı saat 11 radələrində rayonun Hil kəndində baş verib.
Kənd sakini 1993-cü il təvəllüdlü Diana Asəf qızı Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb.
Araşdırmalarla D. Təyibovanın keçmiş əri, kənd sakini 1990-cı il təvəllüdlü Asif Oleq oğlu Təyibov tərəfindən öldürülməsinə əsaslı şübhələr yaranıb.
Onun münaqişə zəminində keçmiş arvadını boğduğu və qayçı ilə boğaz nahiyəsinə vuraraq öldürdüyü bildirilib.
A. Təyibov polis əməkdaşları tərəfindən tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.