Kıvanç Tatlıtuğ ekranlara qayıdır
Türk aktyor Kıvanç Tatlıtuğ pərəstişkarlarını sevindirib.
meqale.com xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyor Kıvanç Tatlıtuğ prodüser Kerem Çatay ilə baş tutan görüşdən sonra yeni layihələrə razılıq verib.
Mətbuata qısa açıqlama verən aktyor, yeni dövrün hazırlıqlarına start verildiyini bildirib.
"Uzun müddətdən sonra Kerem bəylə görüşdük. Hər şey yaxşıdır. Hələlik deyə biləcəyim tək şey budur. Tezliklə yeni layihələrlə ekranda olacağıq" .