Ağdamda minaya düşən şəxslərin FOTOsu - YENİLƏNİB

18:14 Bu gün mina partlayışı nəticəsində xəsarət alan Mirfəttah Bağırov Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ağdamda minaya düşən şəxslərin FOTOsu - YENİLƏNİB
18:14 Bu gün mina partlayışı nəticəsində xəsarət alan Mirfəttah Bağırov Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.

meqale.com APA-ya istinadən bildirir ki, digər xəsarət alan Xəqani Teymurov isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xatırladaq ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

--------- 15:10 2024-cü il 12 aprel tarixində Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

meqale.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd olunub ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.