Ağdamda yenə yanğın başladı
Ağdamda yenidən yanğın hadisəsi başlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, yanğın rayonun Novruzlu kəndi ərazisində başlayıb. Yanğın baş verən əraziyə FHN-nin Ağdam və ağcabədi rayonlarının yanğınsöndürən əməkdaşları cəlb edilib.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.