Aİ Ermənistanla hərbi təlim keçirməyəcək
Avropa İttifaqı Ermənistanla hərbi təlimlər keçirmək niyyətində deyil.
meqale.com APA-ya istinadən bildirir ki, bunu "İzvestiya"ya Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano məlumat verib.
"Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, o siyasi və iqtisadi dəyərlər birliyidir", - Stano vurğulayıb.