“Aİ-nin Ermənistandakı missiyası kəşfiyyat məlumatları toplayır”
"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
Onun sözlərinə görə, Kanadadan olan "mütəxəssisin" də cəlb edilməsindən sonra bu missiya faktiki olaraq naməlum niyyəti olan NATO əməliyyatına çevrilib.
Rusiyalı diplomat, həmçinin qeyd edib ki, missiyanın qapalı və nə Ermənistan, nə də Azərbaycana tabe olması onun Qərbin hibrid müharibə aləti olduğunu təsdiq edir. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun