Ali Koç Aziz Yıldırımın istəyini qəbul etdi
Fenerbahçe - Başakşehir oyunu öncəsi keçiriləcək mərasimdə Aziz Yıldırımın qızı Yaz Yıldırım da iştirak edəcək.
meqale.com xəbər verir ki, Süper Liqanın 16-cı həftəsində Fenerbahçe ilə Başakşehir qarşı-qarşıya gələcək.
Ülker Stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyunun hakimliyini Ozan Ergün icra edəcək.
Oyunun başlanmasına az qalmış maraqlı bir detal ortaya çıxıb. Aziz Yıldırımın qızı Yaz Yıldırımın oyun öncəsi mərasimdə iştirak edəcəyi məlum olub.
Aziz Yıldırım tərəfindən edilən bu xahişin, Ali Koç tərəfindən böyük bir məmnuniyyətlə qəbul edildiyi bildirilib.