Ali Koç istefa verəcək? - özü açıqladı
"Fənərbaxça" klubunun İstanbulda konqresi keçirilib.
meqale.com xəbər verir ki, klubun prezidenti Ali Koç konqresdə bir sıra açıqlamalar verib.
O, klubdakı gələcəyi ilə bağlı qərarını bildirib: "Biz idarə heyəti olaraq fəaliyyətimizi və mübarizəmizi davam etdirəcəyik".
Koç, həmçinin çempionluq üçün yaxşı heyətə sahib olduqlarını vurğulayıb: "Çempionluq yolunda psixoloji üstünlük bizim tərəfimizdə idi. Lakin heç kimin əvvəlcədən görə bilmədiyi xal itkiləri ilə çempionluq şansımıza zərbə vurduq. Çoxlarınız haqlı olaraq qəzəbləndiniz. Bizim isə kədərlənmək əvəzinə, problemləri aradan qaldırmaq məcburiyyətindəyik. Ötən il azarkeşlərimiz bizə üç il daha etimad göstərdi və yenidən vəzifəyə gətirdi. Futbol tarixinin ən uğurlu baş məşqçisi sayılan Mourinyonu komandamıza gətirdik. Onunla məqsədimiz təkcə bu günü deyil, gələcəyi də planlaşdırmaqdır. Sizlərin isə bu işi bəyənməmək və ya tənqid etmək haqqınız yoxdur. Biz 99 xal toplayan İsmayıl Kartalı belə tənqid edən insanlarıq. Fənərbaxça tarixində maliyyə baxımından ən dəyərli heyəti qurmuşuq. Keyfiyyətli və təcrübəli bir komanda formalaşdırdığımıza inanırıq".