Almaniya geri çağırdığı səfirini Moskvaya qaytardı

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb.

Almaniya geri çağırdığı səfirini Moskvaya qaytardı
Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə adı çəkilən ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, diplomat Almaniyanın xarici işlər naziri Annalena Berbokun göstərişi ilə mayın 6-dan geri çağırılıb. Buna səbəb Almaniya Sosial Demokrat Partiyasının rəsmi Moskvanı özlərinə aid informasiya resurslarına kiberhücumlarda ittiham etməsi olub.