Almaniyada erməni casus yaxalandı

Almaniya hüquq-mühafizə orqanları üç nəfəri - Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarını xarici kəşfiyyat xidmətinə işləməkdə şübhəli bilərək saxlayıb.

Almaniyada erməni casus yaxalandı
Almaniya hüquq-mühafizə orqanları üç nəfəri - Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarını xarici kəşfiyyat xidmətinə işləməkdə şübhəli bilərək saxlayıb.

meqale.com Trend-ə istinadən bildirir ki,  bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, saxlanılan üç nəfər Almaniyada xarici kəşfiyyatın göstərişi ilə Ukraynadan olan şəxslər haqqında məlumat toplamaq məqsədi ilə fəaliyyət göstəriblər.

Söhbətin hansı ölkənin kəşfiyyat xidmətindən getdiyi barədə məlumat verilməyib. Şübhəlilər iyunun 19-da saxlanılıb, iyunun 20-də isə hakim onların həbsi üçün order verib və icra edib.