Almanlardan Ərdoğan etirafı: “Bu əmri hesabımızı pozdu”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu sosial şəbəkədə paylaşdığı yeni "Anka-3" dronu Almaniya mətbuatının diqqətini çəkib.

Almanlardan Ərdoğan etirafı: “Bu əmri hesabımızı pozdu”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu sosial şəbəkədə paylaşdığı yeni "Anka-3" dronu Almaniya mətbuatının diqqətini çəkib.

meqale.com teleqraf.com-a istinadən bildirir ki, alman nəşrləri Türkiyə liderinin silahlanma əmrinin Qərbin hesabını pozduğunu iddia edir.

"Anka-3" pilotsuz döyüş təyyarəsinin ilk uçuşu dünən baş tutub.

Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə PUA-nın ilk uçuşunu uğurla həyata keçirdiyini açıqlayıb. Bundan sonra Almaniya mətbuatı "Anka-3" haqda yazmağa başlayıb.

"Die Welt" qəzetinin əməkdaşı Gerhard Heqman yazır:

"Bir neçə il əvvəl Prezident Ərdoğan Türkiyənin silahlandırılması əmrini vermişdi. Proqram texnoloji cəhətdən uğurludur, bunu hazırkı döyüş təyyarəsi nümayişi sübut edir. Qərbin hesablamalarının işləmədiyini göstərmək üçün çox şey var".