Altın Kelebek həyacanına saatlar qaldı - Gecədə nələr olacaq?
Türkiyədə 49-cu dəfə keçirilən ən prestijli "Altın Kelebek" mükafatları bu axşam öz sahiblərinə təqdim olunacaq.
meqale.com publika.az-a istinadən xəbər verir ki, kino, TV və musiqi dünyasının ulduzlarını bir araya gətirən möhtəşəm mərasim "Kanal D" və "Teve2"-də canlı yayımlanacaq. "Kanal D" saat 19.30-dan başlayaraq 1 saat ərzində mərasimi tamaşaçılarına təqdim edəcək.
Azərbaycanlı məşhurların da iştirak etdiyi gecədə təsirli şoular da nümayiş olunacaq. Həmyerlimiz Samirə Əfəndi də səhnədə qonaqları öz ifası ilə feyziyyab edəcək.