Amerikadakı müsəlmanlar üzərində nəzarət getdikcə geniş vüsət alır - ABŞ Müsəlman Təşkilatları Şurası
Ayrı-seçkilik edilmədən hər kəsə bərabər yanaşılmalı, hüquqlar verilməlidir.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu ABŞ Müsəlman Təşkilatları Şurası baş katibi Oussama Ali Jammal "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
"Amerikadakı müsəlmanlar üzərində nəzarət getdikcə geniş vüsət alır. Əfsuslar olsun ki, bəzi qurumların rəhbərləri tərəfindən islamofobiya dəstəklənir. İslamofobiyaya qarşı mübarizədə təhsil və maarifləndirmə çox önəmlidir. Həmçinin, ictimai fikrin formalaşmasında media xüsusi rol oynayır", - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.