“Ana ola bilmərəm”
Dünyaca məşhur müğənni Selena Qomez ana ola bilməyəcəyini açıqlayıb.
meqale.com olay-a istinadən bildirir ki, bu barədə o, xarici mediaya müsahibəsi zamanı danışıb. Selena deyib ki, səhhətindəki problemlərə görə, bu, mümkün deyil:
"Buna mane olan bir çox sağlamlıq problemim var. Özümün və uşağın həyatını riskə ata bilmərəm. Əvvəl bu, uzun müddət kədərlənəcəyim bir hadisə idi. Lakin sonradan övladlığa götürmə, suraqat ana kimi yolların olduğunu gördüm. Bu, məni sevindirir. Həyəcanlı bir proses olacaq. Əsas odur mənim uşağım olacaq".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun