"Anam bu pencəyi ədyaldan tikmişdi" - FOTO
Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev "Xəbərin olsun" verilişində qonaq olub.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, proqramda sənətçi uşaqlıq illərindən danışarkən onun arxiv fotosu yayımlanıb. Sənətçi həmin şəkillə bağlı xatirələrini bölüşüb:
"Həmin dövrdə hər kəs o qədər yaxşı yaşamırdı. Anam bu pencəyi mənim üçün ədyaldan tikmişdi. Bu şəkildə mənim 6 yaşım var."
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun