Ancelina Coli ilə Bred Pittin oğlunu maşın vurdu

Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin oğlu Paks qəzaya düşüb.

Ancelina Coli ilə Bred Pittin oğlunu maşın vurdu
Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin oğlu Paks qəzaya düşüb.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, o, elektrikli velosiped sürərkən Los-Ancelesdə yol ayrıcında avtomobil onu vurub. Bu barədə TMZ məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı Paks dəbilqə taxmayıb. Sürücü təcili yardım və polis çağırıb. Müayinədən sonra o beyin qanaması qorxusundan xəstəxanaya çatdırılıb. Nəticədə zərərçəkmişə kəllə-beyin travması və omba nahiyəsindən əzilmiş diaqnozu qoyulub. Onun yaxın zamanda xəstəxanadan buraxılacağı deyilib.

Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var: bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun