Aparat rəhbərinin ölüm səbəbi bəlli oldu
Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov dünyasını dəyişib.
meqale.com-ın məlumatına görə, 65 yaşlı Nəriman Qurbanov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Onun ölümünə səbəb infarkt olub. Qurbanov ötən gecə evində vəfat edib.
Qeyd edək ki, Nəriman Qurbanov oktyabrın 20-də 65 illik yubileyini qeyd etmişdi. (metbuat.az)