Aprel bitməmiş bu bürclər evlənəcək - Toy tarixini seçin

2025-ci ilin bahar ayları - xüsusilə aprel bir çox bürclər üçün romantik və qərarverici dəyişikliklərlə dolu olacaq. Ulduzların yerləşimi bəzi bürclərin münasibətlərini rəsmi hala gətirməsi, hətta toy tarixlərini müəyyənləşdirməsi ilə nəticələnə bilər.

meqale.com sizə həmin 4 bürcü təqdim edir:

Buğa (20 Aprel - 20 May)

Bu il Buğalar üçün sevgi planeti Venera dəstək verir. Davam edən münasibətlərdə sabitlik ön plandadır. May ayına qədər toy planı, nişan və ya evlilik təklifi ehtimalı yüksəkdir.

Ulduz mesajı: "Sən artıq hazırsan - ürəyini aç və böyük addımı at."

Xərçəng (21 İyun - 22 İyul)

Ailə qurmaq istəyən Xərçənglər üçün bahar çox əlverişli vaxtdır. Ailə və evlə bağlı planetlərin təsiri ilə uzunmüddətli münasibətlərin evliliklə nəticələnməsi mümkündür.

Ulduz mesajı: "Duyğularına güvən, bu dəfə hər şey daha fərqli olacaq."

Oğlaq (22 Dekabr - 19 Yanvar)

Adətən münasibətlərdə ehtiyatlı olan Oğlaqlar, bu bahar sürpriz qərarlarla sevdiklərini təəccübləndirə bilər. Əgər artıq bir münasibət içindəsinizsə, toy xəbəri uzaqda deyil.

Ulduz mesajı: "Hesabladın, düşündün - indi hərəkət vaxtıdır."

Balıqlar (19 Fevral - 20 Mart)

Romantik və hissiyyatlı Balıqlar üçün bahar sevgini rəsmi hala gətirmə dönəmidir. Neptun və Yupiterin təsiri ilə münasibətlər dərinləşəcək, evlilik qərarı gündəmə gələ bilər.

Ulduz mesajı: "Qəlbinin səsinə qulaq as - o sənə doğru yolu göstərəcək."