Arda Güler "Fənərbağça"ya 2 milyon avro qazandırdı

Arda Güler "Fənərbağça"dan ayrılmasından iki il keçməsinə baxmayaraq, sabiq klubuna hələ də gəlir qazandırır.

Arda Güler
Arda Güler "Fənərbağça"dan ayrılmasından iki il keçməsinə baxmayaraq, sabiq klubuna hələ də gəlir qazandırır.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu "Real Madrid"in heyətində 75-ci oyununa çıxmaqla "sarı-lacivərdlilər"in hesabına əlavə 2 milyon avro qazandırıb.

Xatırladaq ki, Arda Güler 20 milyon avro qarşılığında "Fənərbağça"dan Madrid təmsilçisinə transfer olunub. Müqaviləyə əsasən, İstanbul klubu futbolçunun hər 25 matçına görə 2 milyon avro bonus əldə edir.

Beləliklə, "Fənərbağça" bu günə qədər Gülerin transferindən ümumilikdə 26 milyon avro gəlir qazanıb. Gənc ulduz "Real Madrid"də 125 oyuna çıxarsa, türkiyəli klub əlavə 4 milyon avro da bonus əldə edəcək.