Arda Gülər Ronaldonu qabaqlayıb
Türkiyə millisinin və "Real"ın futbolçusu Arda Gülər AVRO-2024 başladıqdan sonra sosial mediada ən çox izləyici qazanan futbolçu adına yiyələnib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bununla bağlı İspaniya mətbuatı məlumat yayıb.
Araşdırmaya əsasən, Avropa çempionatının startından qrup mərhələsinin son oyunlarına qədər 19 yaşlı futbolçu 1 milyon 93 min 669 yeni izləyici qazanıb. Kriştiano Ronaldoda isə bu göstərici 996 min 661 nəfərdir.