Türkiyə Super Kubokunun final matçı Bakıda keçirilə bilər

Türkiyə Super Kubokunun final matçının Bakıda keçirilməsi üçün aidiyyəti şəxslərlə əlaqə saxlayacağıq.

Türkiyə Super Kubokunun final matçı Bakıda keçirilə bilər
Türkiyə Super Kubokunun final matçının Bakıda keçirilməsi üçün aidiyyəti şəxslərlə əlaqə saxlayacağıq.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə "Qalatasaray"ının prezidenti Dursun Özbek SOCAR-la sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib.

D.Özbek "Fənərbağça" ilə oynayacaqları Superkubok finalının Bakıda oynanma ehtimalının olub-olmaması ilə bağlı suala cavabında bunun federasiyanın qərarından aslı olduğunu bildirib.

"Bu, əslində federasiyanın qərarıdır. Əla olardı. Oradakı qardaşlarımızdan da məmnun etmiş olarıq. . Bununla bağlı aidiyyatı şəxslərlə əlaqə saxlayacağıq. Olacağına ümid edirəm", - deyə o əlavə edib.